ER İqtisadiyyat naziri Gevorg Papoyan və nazir müavini Arman Xocoyan oktyabrın 11-də Beynəlxalq Üzüm və Şərabçılıq Təşkilatının 100 illiyinə həsr olunmuş tədbirdə və 45-ci Ümumdünya Üzüm və Şərabçılıq Konfransında iştirak etmək üçün Fransanın Dijon şəhərinə yola düşmüşlər. Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.