Bank of America, BlackRock, Standard Chartered və Deutsche Bank rəhbərlərinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etməməsi ehtimalı var. Financial Times qeyd edir ki, buna səbəb konfransdan biznes gözləntilərinin azalmasıdır.
Qeyd olunur ki, maliyyə sektorunun nümayəndələri COP29-da iştirak etmək istəmir, çünki bu, ABŞ prezidentinin seçilməsindən cəmi beş gün sonra baş tutacaq və bu müddət ərzində dünya iqtisadiyyatı qeyri-müəyyənlik içində olacaq. Xüsusilə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, yenidən seçiləcəyi təqdirdə ABŞ Paris razılaşmasından çıxacaq.