Rusiya Ermənistan və Azərbaycanın işlərinə qarışmır. Bu barədə oktyabrın 8-də “İzvestiya” müxbirinin sualını cavablandıran Kreml rəsmisi Dmitri Peskov bildirib.
O xatırladıb ki, MDB formatına görə, ölkə liderləri həmişə bir masa arxasında əyləşirlər, lakin bu, Moskvanın Bakı və Yerevanın işlərində iştirakı demək deyil.
Həmin gün Moskvada MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dəyirmi masa arxasında yan-yana əyləşiblər.
Eyni zamanda, Rusiya tərəfi iki ölkə ilə dialoq aparır, prezidentin mətbuat katibi izah edib. Çərşənbə axşamı Putin Kremldə həm Əliyev, həm də Paşinyanla danışıqlar aparıb.
"Biz Ermənistanla Rusiya-Ermənistan münasibətlərini, Azərbaycanla Rusiya-Azərbaycan münasibətlərini müzakirə etdik", - Peskov əlavə edib.