Yunanıstanın "Diplomatic Point" analitik xəbər agentliyi Ermənistan Respublikasının Yunanıstandakı səfirliyi tərəfindən Ermənistanın Müstəqilliyinin 33-cü ildönümünə həsr olunmuş tədbir barədə məqalə dərc edib.
Ermənistanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Ermənistanda son onilliklərdə baş verən hadisələr, müstəqillik yolundakı çağırışlar, Azərbaycanla bağlı baş verən proseslər və təbii ki, Dağlıq Qarabağ ətrafındakı hazırkı vəziyyət barədə fikirlər yazıb.
O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi heç vaxt şübhə altına alınmamalıdır.
“Bunlar bizim üçün mütləq dəyərlərdir və hər yerdə 21 sentyabr Müstəqillik Günü kimi qeyd olunur. Dostlarımızı Müstəqillik Gününü qeyd etməyə dəvət edirik, nailiyyətlərimizi qeyd edirik, eyni zamanda bu günə qədər davam edən haqsızlıqları xatırladırıq...
...Bu gün təbii ki, sentyabrın 27-dir. 2020-ci ilin bu günündə Dağlıq Qarabağda müharibə başladı, həmçinin ötən il sentyabrın 19-da Qarabağa qarşı yeni hücum oldu, bundan əvvəl, 2022-ci ilin sentyabrında Ermənistan ərazilərinin işğalı baş verdi. Sentyabr çox simvolik bir aya çevrildi. Bu, bir tərəfdən Müstəqilliyimizi, digər tərəfdən də ermənilərə və Ermənistana qarşı hücumları görsətirir”.
Səfir vurğulayıb ki, biz güclənməliyik. O həmçinin sülh sazişinə də toxunub.
“Biz gözləyirik ki, Azərbaycan Ermənistana qarşı maksimalist mövqelərini bir kənara qoysun. Ermənistana qarşı ərazi iddiaları və Ermənistanla münasibətlərin normallaşması üçün heç bir ilkin şərt olmamalıdır. Bu yaxınlarda eşitdik ki, Azərbaycanda Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi var. Bu qəbuledilməzdir, bu, hökumətlərin indiyə qədər əldə etdiyi bütün razılaşmalara ziddir.
Bu kontekstdə Bakıda saxlanılan erməni əsirləri, eləcə də Ermənistanın 200 kvadrat kilometrə yaxın ərazisinin Azərbaycan tərəfindən işğalını xatırlatmaq istəyirəm. Biz açıq şəkildə bildirmək istəyirik ki, bu ədalətsizliyə son qoyulmalıdır”.
Səfir Mkrtçyan Ermənistan-Yunanıstan münasibətlərinə toxunaraq qeyd edib ki, Ermənistan Yunanıstanla dostluğa və qardaşlığa böyük əhəmiyyət veririk.
“Biz strateji tərəfdaşlıq qururuq”.