Kremldə ER baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.
“Sizi MDB dövlət başçılarının Moskvada keçiriləcək işçi görüşündə, ikitərəfli görüş keçirmək üçün salamlamağa şadam”, - Vladimir Putin deyib. O qeyd edib ki, görüş geniş formatlarda ikitərəfli maraq doğuran fundamental məsələlərin müzakirəsi üçün fürsətdir.
Rusiya prezidenti qeyd edib ki, ticarət-iqtisadi əlaqələr səmərəli inkişaf edir. Ötən il dövriyyə 7,4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2,5 dəfə artıb. Putinin sözlərinə görə, bu il ticarət dövriyyəsi rekord göstəriciyə - 14,16 milyard dollara çata bilər. Putin həmçinin qeyd edib ki, Rusiya Ermənistana ən böyük sərmayəçidir, təxminən 4 milyard dollar.
“Şadam ki, son aylarda fəal siyasi dialoq aparılıb. Baş nazirin müavini Overçuk Ermənistana səfər etdi, oktyabrın əvvəlində Yerevanda Avrasiya Hökumətlərarası Şurasının iclası oldu, biz gündəlikdə duran faktiki olaraq bütün məsələlərlə bağlı əsaslı danışıq apardıq”, - baş nazir Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, Putinlə görüş həmin müzakirələri yekunlaşdırmaq üçün bir fürsətdir.
Putin Paşinyanı Kazanda keçiriləcək BRİKS sammitində iştiraka dəvət edib.