İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə baş verən hadisələri müzakirə etmək və İsrailin Livan və Qəzza zolağında hərəkətlərini dayandırmağa çalışmaq üçün bu gün Səudiyyə Ərəbistanına və digər region ölkələrinə gedəcəyini açıqlayıb.
“Biz dəfələrlə bəyan etmişik ki, İran gərginliyin artmasına can atmır, baxmayaraq ki, biz müharibədən qorxmuruq və silahlı qüvvələrimiz istənilən ssenari və vəziyyətə hazırdır. Biz bütün lazımi məqsədləri müəyyən etmişik və təbii ki, vurğuladığım kimi, münaqişələrə son qoymaq və atəşkəs haqqında razılığa gəlmək siyasəti bizim üçün məqbuldur”, - deyə Əraqçi yola düşməzdən əvvəl bildirib.