Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə MDB-yə üzv dövlətlərin rəhbərləri Şurasının iclası başlayıb.
Rusiya prezidenti səmimi və konstruktiv müzakirələrə ümid etdiyini bildirib.
“MDB çərçivəsində əməkdaşlıq Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Əməkdaşlıq edən ölkələr bizim ən yaxın qonşularımız, dostlarımız və strateji tərəfdaşlarımızdır”, - Putin bildirib.