Oktyabrın 7-də Ermənistanın Ombudsmanı Anahit Manasyan BMT-nin Ermənistandakı daimi koordinatoru Fğansuaz Jakobu qəbul edib. Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Qonağı salamlayan Anahit Manasyan Birləşmiş Millətlər Təşkilatı ilə qarşılıqlı fəaliyyətin vacibliyini və həyata keçirilən birgə proqramların səmərəliliyini vurğulayıb.
Həmsöhbətlər Ombudsmanın iş prioritetlərini, fəaliyyət istiqamətlərini, o cümlədən ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində qarşıda duran vəzifələri müzakirə ediblər.
Görüş çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Fğansuaz Jakob qəbula və səmərəli müzakirəyə görə Ombudsmana təşəkkür edib.