Yaxın Şərqdəki gərginlik fonunda İranın xarici işlər naziri rəsmi səfərlə Suriyaya gedib. Yüksək vəzifəli şəxslərlə görüşlər nəzərdə tutulub.
Abbas Əraqçi dünən Beyrutda olub, Livan hökumətinin nümayəndələri tərəfindən qəbul edilib. Diplomat bildirib ki, digər məsələlərlə yanaşı, regionda atəşkəsin əldə olunması imkanlarının da müzakirə olunub.
Əraqçi qeyd edib ki, Tehran Livan və Hizbullah üçün məqbul olan istənilən barışığı dəstəkləyəcək və eyni zamanda Qəzza zolağında atəşkəs nəzərdə tutulacaq.