İranın xarici işlər naziri Abbas Əraqçi Beyruta gedib.
O, Livanın yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək.
“Bir az əvvəl Beyrut Beynəlxalq Hava Limanına eniş etdik. Xarici işlər naziri Əraqçinin, o cümlədən Məclisin iki deputatının və Qızıl Aypara Cəmiyyətinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətimiz Livan hakimiyyətinin nümayəndələri ilə görüşəcək”, -İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib.
O, Livana 10 ton ərzaq və dərman yardımının da daşınacağını da bildirib.