Fransada işgüzar səfərdə olan Nikol Paşinyan öz Facebook səhifəsində Ermənistanın Fransadakı səfirliyinin 23 milyon avroya aldığı yeni binanı əks etdirən video yayımlayıb.
“Məlum oldu ki, bura Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Estanın iqamətgahı olub. Biz onu 23 milyon avroya almışıq”, - deyə o bildirib.
Nikol Paşinyan ER xarici işlər naziri Ararat Mirzoyan və ER-in Fransadakı fövqəladə və səlahiyyətli səfiri Hasmik Tolmacyanın müşayiəti ilə ER səfirliyi üçün alınmış yeni binaya baş çəkib.
“Ermənistanın Fransadakı səfirliyinin indiki binası ER-ə aid deyil, ondan pulsuz istifadə olunur. 1995-ci ildə müqavilə ilə təmin edilmişdir. Ermənistan-Fransa münasibətlərinin inkişafı və funksiyaların genişlənməsi nəticəsində hazırkı tikinti şəraiti qənaətbəxş deyil, çünki Ermənistanın YUNESKO-da və Frankofoniyada daimi nümayəndəlikləri də səfirlikdə yerləşir”, - Baş nazirin ofisindən bildirilib.