Oktyabrın 1-2-də ER Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
ER Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvilini qəbul edib. Tərəflər müdafiə sahəsində əməkdaşlığın davamlı inkişafının və genişləndirilməsinin əhəmiyyətini vurğuladılar.
General-mayor Artur Yeroyan Gürcüstanın Müdafiə Qüvvələri komandanının müavini, Baş Qərargah rəisi, general-mayor Conni Tatunaşvili ilə də görüşüb.
Ermənistan silahlı qüvvələri ilə Gürcüstanın müdafiə qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.