Yaxşı xəbər odur ki, biz Azərbaycan tərəfi ilə hansısa yolla uğur qazana bildik.
Bu barədə oktyabrın 2-də Varşava Təhlükəsizlik Forumu çərçivəsində “Dünya Nizamı və Demokratiya: “Cənubi Qafqazın xəritəsi” adlı yüksək səviyyəli müzakirələr zamanı ER xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Məsələn, bu yaxınlarda biz iki ölkə arasında ilk hüquqi sənədi qəbul etdik, müvafiq sərhəd komissiyalarının birgə fəaliyyətinin reqlamentini qəbul etdik. Bu komissiyalar Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzərində işləyirlər. Bu sənəddə biz razılaşa bildik ki, delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmalı və bu həqiqətən də böyük nailiyyətdir.
1991-ci il Alma-Ata Bəyannaməsində qeyd edilirdi ki, keçmiş Sovet İttifaqının respublikaları olan tərəflər, əsasən Sovet İttifaqının 15 respublikasından 12-si bu sənədi qəbul edib. Beləliklə, bu sənədə əsasən, respublikalar tanıyırlar ki, bizim, Sovet Sosialist Respublikaları arasında olan keçmiş inzibati sərhədlər indi beynəlxalq səviyyədə tanınmış, dövlətlərarası sərhədlərə çevrilir. Bu o deməkdir ki, bizim Azərbaycanla sərhədimiz var, sərhədlərin demarkasiyası ilə bağlı danışıqlara başlayarkən möhkəm təməlimiz var.
Pis xəbər isə odur ki, danışıqlar apardığımız bir neçə başqa mövzu da var, məsələn, sülh müqaviləsi. Təsəvvür edin, elə bir vəziyyət yaranıb ki, biz sülh sazişinin mətnini demək olar ki, başa çatdırmışıq, yekunlaşdırmışıq, layihə var, amma imzalamırıq.
Bəzi səbəblərə, bəzi təxminlərə görə onlar hər dəfə yeni ön şərtlər irəli sürürlər və biz görürük ki, onlar sadəcə olaraq bu sənədi imzalamaq istəmirlər. Biz bunun edilməsi üçün Azərbaycan tərəfindən siyasi iradə görmürük”.