Biz bu COP-29 tədbirinin Bakıda keçirilməsi üçün Azərbaycanın namizədliyini dəstəklədik. Həqiqətən də mən hesab edirəm ki, biz indi mühüm məqamdayıq, regionumuzda, ən azı Ermənistan və Azərbaycan arasında münaqişənin səhifəsini bağlamaq, sülh və əməkdaşlıq dövrünün yeni səhifəsini açmaq üçün real imkan var. Ancaq indiki vəziyyət fərqlidir.
Bu barədə oktyabrın 2-də Varşava Təhlükəsizlik Forumu çərçivəsində “Dünya Nizamı və Demokratiya: “Cənubi Qafqazın xəritəsi” adlı yüksək səviyyəli müzakirələr zamanı ER xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Bizim ciddi narahatlığımız var ki, Azərbaycan Ermənistan əraziləri ilə bağlı yeni hərbi planlara malik ola bilər. Mən bir misal gətirmək istəyirəm. Bugünlərdə Azərbaycan “Qərbi Azərbaycan” deyilən bir coğrafi termindən istifada edir. Bu ərazi əslində Ermənistan Respublikasının demək olar bütün ərazisi ilə üst-üstə düşür. Onlar bizi əmin etməyə çalışırlar ki, bu, ərazi iddiası deyil, amma təəssüf ki, tamamilə fərqli təsəvvür yaradır”.