Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun baş katibi Mark Rutteni bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
“Mark Rutteni NATO-nun baş katibi vəzifəsinə təyin olunması münasibətilə səmimi təbrik edirəm.
Təhlükəsiz və daha dinc gələcəyi təmin etmək üçün ümumi dəyərlərə və ümumi baxışa əsaslanan Ermənistan və NATO arasında tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində sıx əməkdaşlığımızı səbirsizliklə gözləyirik”, - Mirzoyanın X səhifəsində yazıb.