İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniya, Fransa və Almaniya həmkarları ilə telefon danışığı aparıb. Əraqçi qeyd edib ki, İran iki ay ərzində təmkin nümayiş etdirib və hazırda BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan qanuni özünümüdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi obyektləri hədəf alıb.
“Əməliyyat başa çatıb, lakin sionist rejimi cavab versə, cavabımız daha güclü olacaq. İran gərginliyin artmasına və müharibəyə can atmır, amma müharibədən də qorxmur”, - deyə Əraqçi bildirib.
İran telekanalına müsahibəsində Abbas Əraqçibildirib ki, əməliyyatdan əvvəl ABŞ-la mesaj mübadiləsi olmayıb.
“Cavabdan sonra İsveçrə vasitəsilə ABŞ-ya xəbərdarlıq etdik ki, bu, bizim özünümüdafiə hüququmuzdur və əməliyyatı davam etdirmək niyyətində deyilik. Biz həmçinin ABŞ-nı və bütün əlaqədar ölkələri geri çəkilmələri və müdaxilə etməmələri barədə xəbərdar etdik”.