Oktyabrın 2-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa və Avrasiya Regional Mərkəzinin direktoru Patrik Prayoru qəbul edib. Bu barədə TŞ Aparatından məlumat verilib.
Təhlükəsizlik Şurasının katibi Qriqoryan Pryorun Ermənistana səfərini alqışlayıb və Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin sıx əməkdaşlığı nəticəsində formalaşmış qarşılıqlı fəaliyyəti məmnunluqla vurğulayıb.
Həmsöhbətlər gündəlikdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar və əməkdaşlığın gələcək istiqamətlərini müəyyən ediblər, bu çərçivədə Təhlükəsizlik Şurasının katibi ER təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və modernləşdirilməsinə yönəlmiş islahatları təqdim edib.
Tərəflər həmçinin regional təhlükəsizlik vəziyyətini müzakirə edib və regiondankənar təhlükəsizlik mühiti ilə bağlı bəzi məsələlərə toxunublar.