ER xarici işlər naziri Ararat Mirzoyanın Polşaya səfəri başlayıb, ER ilk dəfə olaraq xarici işlər naziri səviyyəsində Varşava Təhlükəsizlik Forumunda iştirak edir. Bu barədə ER XİN məlumat yayıb.
Forumun prezidenti Katajina Pisarskaya tərəfindən rəsmi qarşılanmadan sonra nazir Mirzoyan forumun təsisçisi, “Kazimir Pulaski” Fondunun prezidenti Zbiqnyev Pisarski ilə görüşüb.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Varşavada təhlükəsizlik və sentyabrda Yerevanda keçirilən “Yerevan dialoqu” beynəlxalq forumları arasında mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
ER-nin Aİ ilə tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş səylərə və xüsusilə bu istiqamətdə Polşa tərəfdaşları ilə əməkdaşlıq məsələlərinə toxunulub.