"Livanda sülhməramlı missiyanı yerinə yetirən ER Silahlı Qüvvələrinin sülhməramlı briqadası öz xidmətini yalnız münaqişə və döyüş əməliyyatları zonasından kənarda yerləşən daimi məntəqədə həyata keçirir", - bu barədə ER Müdafiə Nazirliyindən "Lurer"ə bildirilib.
Xatırladaq ki, İsrail Livanda “Şimal oxları” əməliyyatına başladığını elan edib, yüzdən çox qurban və yaralı var. Təl-Əviv iddia edir ki, onlar Hizbullahın infrastruktur və obyektlərini hədəfə alırlar. İsrailin zərbələrinə cavab olaraq “Hizbullah” İsrail ərazisi istiqamətində onlarla raket atıb.