Sentyabrın 30-da Aİ-nin Ermənistandakı missiyasının rəhbəri səfir Tiqran Balayan Eurojust prezidenti Ladislav Hamranla görüşüb.
“Həmsöhbətçilər Eurojust nümayəndə heyətinin ötən həftə Ermənistana səfərinin nəticələrini, həmçinin Eurojustun ER Baş Prokurorluğu və digər hüquq-mühafizə orqanları ilə əməkdaşlığı məsələlərini ümumiləşdiriblər.
Görüşdə səfir Balayan Ladislav Hamranın Eurojust ilə Baş Prokurorluq arasında əməkdaşlığın qurulması və möhkəmlənməsinə mühüm töhfəsini yüksək qiymətləndirərək, Eurojust-un prezidentinə ER Baş Prokurorluğunun Əməkdaşlıq medalını təqdim edib.
Prezident Hamran ER baş prokuroru Anna Vardapetyana və prokurorluğun həmkarlarına onun fəaliyyətinə verdiyi qiymətə və nümunəvi yüksək əməkdaşlığa görə dərin minnətdarlığını bildirib”, - səfirliyin məlumatında deyilir.