“Biz sülh sazişinin bağlanmasında maraqlıyıq və bunun reallığa çevrilməsinə çalışacağıq”.
Bunu ER Parlamentinin sədri Alen Simonyan bildirib. O qeyd edib ki, məhz Azərbaycan Konstitusiyasında belə bir müddəa var ki, təkcə Ermənistana deyil, regionun digər dövlətlərinə də ərazi iddiaları irəli sürür.
O, qeyd edib ki, beynəlxalq strukturlarda olan insanlar artıq başa düşüblər, Azərbaycan da artıq mesajlar almalıdır ki, Konstitusiya ilə bağlı iddia çox əsassızdır.
“İstisna etmirəm ki, sabah onlar yeni səbəb tapacaqlar. Biz sülh sazişinin bağlanmasında maraqlıyıq və bunun reallaşması üçün çalışacağıq”, - deyə Alen Simonya bildirib.