Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
“Rusiya-Azərbaycan əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan vətəndaşı Bülbüloğlu Polad “Aleksandr Nevski” ordeni ilə təltif edilib”, - Rusiya prezidentinin sərəncamında deyilir.
Bundan əvvəl Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.