Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının sessiyasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak etmək üçün oktyabrın 1-də Yerevana işgüzar səfərə gələcək.
“2024-cü ilin oktyabrın 1-də Yerevanda Rusiya hökumətinin başçısı Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının sessiyasında və Avrasiya İqtisadi Forumunun “Müasir reallıqda rəqəmsallaşması - dörd azadlığın təmin edilməsi zərurliyi” mövzusunda keçiriləcək plenar iclasında iştirak edəcək”, - Rusiya hökumətinin mətbuat xidməti bildirib.
İclasda ER, RF, Belarus, Qazaxıstan və Qırğızıstan hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin aktual məsələlərini müzakirə edəcəklər.
Daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək.
Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2030-cu ilə qədər hökumətlər arasında sənaye əməkdaşlığı da müzakirə olunacaq.