Sentyabrın 27-də ER xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Fələstinin baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Həmsöhbətlər regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
ER xarici işlər naziri Ararat Mirzoyan və Fələstin Dövlətinin baş naziri Məhəmməd Mustafa “Ermənistan Respublikası ilə Fələstin Dövləti arasında diplomatik əlaqələrin qurulması haqqında” birgə kommünike imzalayıblar.