Belarusun xarici işlər naziri Maksim Rijenkov bəyan edib ki, Belarus və Rusiya İttifaq dövlətinin 25 illiyi münasibətilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq niyyətindədirlər. Sazişdə nüvə silahına dair bəndi də var.
Onun sözlərinə görə, sənəd layihəsi demək olar ki, başa çatıb və müzakirələr Rusiya Xarici İşlər Nazirliyi və iki ölkənin hərbi idarələri ilə razılaşdırılaraq aparılıb.
Rijenkov qeyd edib ki, Belarusda nüvə silahının olması respublika sərhədləri yaxınlığında hərbi fəallığın artması fonunda çəkindirici amildir.