BMT Baş Assambleyasının 79-cu iclası çərçivəsində Almaniya və Türkiyənin xarici işlər nazirləri Analena Berbok və Hakan Fidanın görüşü keçirilib, görüşdə Ermənistan-Azərbaycan münasibətləri də müzakirə olunub.
“Türkiyə regionda sülhün bərqərar olması üçün mühüm vasitəçidir. Türkiyə Ermənistan və Azərbaycan arasında tarixi sülhün bərqərar olmasına töhfə verə bilər”, - Almaniya Xarici İşlər Nazirliyinin X səhifəsində yazılıb.
Eyni zamanda qeyd edilir ki, tərəflər bu istiqamətdə konkret addımları müzakirə ediblər.