Baş nazirin müavini Mher Qriqoryan Yerablurda jurnalistlərə müsahibsə sərhədin demarkasiyası prosesinə toxunub.
“Sərhədlərin açılması prosesinin növbəti mərhələsi ilə bağlı hələ qərar yoxdur, biz hələ də qaydalarla bağlı daxili prosedurları tamamlamalıyıq”.
Azərbaycan qoşunlarının Cermukdan çıxarılmasının müzakirə olunub-olunmaması ilə bağlı suala Qriqoryan belə cavab verdi:
“Mən şərh verə bilmərəm, bizim təsdiq edilmiş iş prosedurumuz var, bu da şərhlərin simmetrik olmasını nəzərdə tutur. Ayrı şərh verə bilmərəm”.
“Münasibətlərdə problemlər var və təkcə Rusiya Federasiyası ilə deyil, buna baxmayaraq, hesab edirəm ki, biz tarazlığı saxlamalı və maneələri aradan qaldırmağa çalışmalıyıq. Çünki dünyada vəziyyət kifayət qədər mürəkkəbdir, regionda daha da mürəkkəbdir”.