“The New York Times” mənbələrə istinadən xəbər verir ki, Nyu-York meri Erik Adams cinayətdə ittiham olunub. Bu, ABŞ-ın ən böyük şəhərinin tarixində mer səlahiyyətlərini icra edənə qarşı cinayət işi qaldırıldığı ilk haldır.
NYT-nin məlumatına görə, federal təhqiqat qismən Adams və onun Türkiyə hökuməti ilə bir neçə yaxın məsləhətçisi və köməkçisi arasında onun qeyri-qanuni xarici ianələr alması ilə nəticələnən gizli razılaşmaya yönəlib. Qəzet yazır ki, Nyu-York polis rəisi və şəhərin məktəblərinin müdiri bu yaxınlarda istefa verib.
KİV-in məlumatına görə, federal prokurorluq Erik Adamsın 2021-ci ildə Nyu-York merliyinə namizəd olduğu zaman onun seçki kampaniyasının maliyyə mənbələrini də araşdırır. Mer fırıldaqçı bank köçürmə sxemini təşkil etməkdə və korrupsiyada ittiham olunur.
Prokurorlar bildiriblər ki, 2022-ci il yanvarın 1-də Nyu Yorkun meri vəzifəsinə başlayan Adamsın ona təsir etmək istədiyi varlı xarici iş adamlarından və Türkiyə hökumətinin nümayəndəsindən bahalı hədiyyələr (o cümlədən dəbdəbəli səfərlər) alıb.