Bu gün 44 günlük müharibənin başlamasının dördüncü ildönümüdür. Aİ nümayəndə heyətinin müvəqqəti işlər vəkili Yan Pleşinqer Yerablurda olub.
“Qurbanları, həyatını, evlini və yaxınlarını itirənləri yad edirik. Bu münaqişənin dərin ağrısı bütün regionda yayılır.
Avropa Birliyinin yaranmasının əsasını həmrəylik istəyi və keçmiş faciələrdən alınan dərslər təşkil edir.
Aİ-nin Ermənistandakı nümayəndəliyi ziyan çəkənlərin yanındadır və sülh, barışıq və ədalətin bərqərar olmasına sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Biz birlikdə davamlı sülhün hökm sürdüyü gələcək üçün çalışmaqda davam edəcəyik”, - Aİ-nin yaydığı bəyanatda deyilir.