Baş nazirin müavini Mher Qriqoryan Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistandakı missiyasının rəhbəri İva Petrovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə BVF-nin Ermənistandakı daimi nümayəndəsi Umanq Ravat da iştirak edib.
Görüşdə BVF-nin cari ehtiyat proqramı çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası müzakirə olunub. Baş nazirin müavini hökumətin fiskal siyasətində və dövlət xərclərində həyata keçirilən islahatları təqdim edib. 2025-ci il büdcə layihəsinin əsas istiqamətlərinə toxunulub.
BVF-nin Ermənistandakı missiyasının rəhbəri İva Petrova ölkədə nağd pul vəsaitlərinin azaldılması istiqamətində aparılan işləri yüksək qiymətləndirib.