Gürcüstan Ermənistan və Azərbaycan arasında münasibətlərin sülh yolu ilə tənzimlənməsi prosesini alqışlayır və hər iki ölkəyə nəzarət üçün regional əməkdaşlıq formatı təklif edir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
“Sülhün vacibliyini dərk edərək, biz Cənubi Qafqaz regionunu münaqişə bölgəsindən yeni imkanlar bölgəsinə çevirmək səylərində aparıcı rol oynamışıq. Biz Ermənistan və Azərbaycan arasında sülh prosesini, xüsusilə qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına yönəlmiş səyləri alqışlayırıq. Biz münaqişənin keçmişdə qalmasını və regionun resurslarının və faydalarının dünyaya təklif olunmasını təmin etmək üçün ölkələr arasında əməkdaşlığı və etimadın qurulmasını dəstəkləyən regional əməkdaşlıq formatını istəyirik”,- Gürcüstan Baş naziri deyib.