ABŞ hökuməti kibertəhlükəsizliyi, sərhəd təhlükəsizliyini və enerji təhlükəsizliyini artırmaq və dayanıqlığı gücləndirmək üçün Ermənistana 20,600,000 dollar yardımı barədə elan edib.
Bu gün BMT Baş Assambleyası çərçivəsində USAİD-in “Demokratiya işləyir” tədbiri baş tutub. Tədbirdə dövlət katibi Blinken və USAİD-in direktoru Samanta Pauer də iştiak ediblər.
Dövlət katibi Blinken və USAİD-in rəhbəri Pauer Ermənistanın demokratik tərəqqisinə toxunaraq, gələcək inkişafı təşviq etmək üçün ABŞ tərəfindən 20 milyon 600 min ABŞ dolları ayrıldığını elan etdilər.
Bundan əlavə, USAID 600.000 ABŞ dolları məbləğində maliyyələşdirməni də elan edib. Ermənistana 20,600,000 ABŞ dolları məbləğində yeni dəstək təxminən 11,9 milyon dollara əlavə olaraq verilir.
Tədbirdə iştirak edən Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu istiqamətdə yeni sərmayələr və əməkdaşlığı alqışlayıb.
“Bu mühüm irəliləyiş və gələcək inkişaf istiqamətində erməni xalqının gördüyü işləri şəxsən görmək üçün iyul ayında Yerevanda oldum. İndi mən məmnuniyyətlə bildirmək istəyirəm ki, USAID və Dövlət Departamenti Konqreslə əməkdaşlıq edərək Ermənistana kibertəhlükəsizliyi, sərhəd təhlükəsizliyini və enerji təhlükəsizliyini artırmaq və dayanıqlığı gücləndirmək üçün 20 milyon dollar verəcək”, - USAİD direktoru bildirib.