Fransa Prezidenti Emmanuel Makron 25 sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyi çıxışında dünyanın müxtəlif konfliktlərinə və bunların həll məsələsində beynəlxalq ictimaiyyətin roluna toxunub.
O bildirib ki, Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransa ER Baş naziriylə çiyin-çiyinə dayanır.
O, beynəlxalq ictimaiyyəti uğurlu sülh danışıqlarının təmin olunmasına və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunmasına fəal şəkildə qatılmağa çağırıb.