25 sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ER Xİ naziri Ararat Mirzoyan Fransanın yeni təyin olunmuş Avropa və Xarici İşlər naziri Jan Noel Baroyla görüşüb.
Bu barədə ER XİN-dən məlumat verilib.
Görüşdə Ermənistan-Fransa əməkdaşlığının gündəm məsələlərinə, ikitərəfli münasibətlərinə, ER-Aİ tərəfdaşlığıın yeni gündəliyinə və regional inkişaflara toxunulub.
Tərəflər qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə əməkdaşlığın dərinləşməsinə yönəlmiş birgə addımları da müzakirə etdilər.
“Ermənistanla Fransa arasında münasibətlər yeni məzmunla inkişaf edir və biz strateji xarakter daşıyan münasibətlərin qurulması istiqamətində irəliləyirik”,- Mirzoyan vurğuladı.
Regional məsələlər kontekstində Cənubi Qafqazda və ətrafında yaranmış təhlükəsizlik vəziyyəti və regionda sabit sülhün bərpasına yönələn addımlarla bağlı fikir mübadiləsi də aparılıb.