Baş nazir Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik: BMT Nizamnaməsi ətrafında vahid, təhlükəsiz gələcək axtarışında” başlığı müzakirədə iştirak edib.
Baş nazir öz çıxışında qeyd edib: “Bugünkü müzakirəmizin mövzusu “Sülh naminə liderlik” olduğundan, sülhün liderlik və həqiqi siyasi cəsarət tələb etdiyinə inandığımı bölüşmək istəyirəm. Mən və rəhbərlik etdiyim hökumət regionumuzda münaqişəyə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək öhdəliyimizə sadiqik.
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin Bakıda keçiriləcək COP29-a qədər imzalanmasını və bununla da sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühitin yaradılmasını təklif edib.
Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsü regionun iqtisadi potensialını açmaq və iqtisadi və mədəni əlaqələri gücləndirmək, bununla da bütün xalqların rifahı naminə siyasi dialoqu və hərtərəfli sülhün əldə olunmasını təşviq etmək məqsədi daşıyır. Biz müsbət impulsdan istifadə etməyə və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya komissiyalarımız arasında nizamlanma əsasında sərhədin demarkasiyası prosesini davam etdirməyə hazırıq.
Birləşmiş Millətlər Təşkilatının Ermənistanın regionda ədalətli və davamlı sülh üçün səylərinə güclü və birmənalı dəstəyi son dərəcə vacibdir”.