Kipr və Ermənistan təkcə yaxşı dost deyil, həm də təbii müttəfiqdir. Bu səfər dostluq əlaqələrinin möhkəm dövlətlərarası münasibətlərə çevrilməsi istiqamətində mühüm addımlardan biridir. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan Kiprin müdafiə naziri Vasilis Palmasla görüşdən sonra bildirib.
Tərəflər həm müdafiə sahəsində əməkdaşlığın inkişafı, həm də təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Hər iki tərəf təsdiqləyib ki, Ermənistanla Kiprin müdafiə sahəsində əməkdaşlığı yüksək səviyyədə olsa da, son illər dinamik inkişaf etsə də, bizim yaxın gələcəkdə həyata keçirəcəyimiz böyük istifadə olunmamış potensialımız var”, - deyə Papikyan bildirib və əlavə edib ki, Ermənistan-Kipr əməkdaşlığı hər iki ölkənin müdafiə qabiliyyətinin inkişafına, təhlükəsizliyin və suverenliyin, regional və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə yönəlibdir.
“Mən Ermənistan-Kipr-Yunanıstan üçtərəfli əməkdaşlığa da önəm verirəm ki, bu da eyni dəyərləri paylaşan ölkələrimizin birgə məqsədlərinin həyata keçirilməsinə və çağırışlarla üzləşməyə hazır olmasına əsaslanır”, - Papikyan bildirib.
ER Müdafiə Nazirliyinin rəhbəri həmçinin Kiprin Aİ strukturları və üzv dövlətlərlə münasibətlərdə Ermənistana dəstəyini yüksək qiymətləndirib.
“Ermənistan-Kipr münasibətləri Ermənistanın təşkilat çərçivəsində inteqrasiya proseslərinə töhfə verə bilər”.