Sentyabrın 25-də ER müdafiə naziri Suren Papikyan Kiprin müdafiə naziri Vasilis Palmas ilə təkbətək söhbət edib. Təkbətək söhbətdən sonra nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə görüş keçirilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər. Ermənistan və Kipr arasında əməkdaşlığın hazırkı kursu, eləcə də onun gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığı, Ermənistan və Kipr Silahlı Qüvvələrində aparılan islahatlar, təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.
Regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.