Baş nazir Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə ad günü münasibətilə təbrik məktubu göndərib. Mesajda deyilir:
“Zati-aliləri, əziz dostum,
Doğum gününüz münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edin.
İnanıram ki, bu mühüm dövrdə Sizin mahir idarəçiliyiniz və rəhbərliyiniz Gürcüstanın daha da güclənməsinə və inkişafına öz töhfəsini verəcəkdir. Sizin Ermənistanla münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə şəxsi töhfənizi yüksək qiymətləndirirəm.
Bu yaxınlarda Gürcüstana səfərim zamanı aparılmış müzakirələri və əldə olunmuş razılaşmaları xüsusi qeyd etmək istərdim. İnanıram ki, strateji tərəfdaşlıq ruhunda əməkdaşlıq ölkələrimiz və qardaş xalqlarımız üçün müsbət nəticələr verəcək.
Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, sizə yeni nailiyyətlər, cansağlığı və ən xoş arzularımı bildirirəm”.