ER maliyyə naziri Vahe Hovhannisyan bu gün Niderland Krallığının Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marike Harriet Monroy-Vinteri qəbul edib. Bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb.
Nazir missiyanın başlanması münasibətilə səfiri təbrik edərək, həm ikitərəfli platformada, həm də beynəlxalq strukturlar, xüsusilə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Yenidənqurma və İnkişaf Bankı çərçivəsində əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib.
Nazir həmçinin Niderland hökumətinin Dağlıq Qarabağdan məcburi köçkün düşmüş insanların ehtiyaclarının təmin edilməsində göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib.
Görüş zamanı tərəflər cari və gələcək əməkdaşlıq məsələləri, ER-in makroiqtisadi vəziyyəti, o cümlədən ictimai maliyyəsi sahəsində həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli formatda əməkdaşlığın daha da möhkəmləndirilməsi, genişləndirilməsi və aktivləşdirilməsi istiqamətində birgə səyləri davam etdirməyə hazır olduqlarını bildiriblər.