Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüb. Bu barədə ER hökuməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində artıq atılan addımlara və mövcud razılaşmalara ətraflı toxunublar.
İlkin şərt olmadan nizamlanma prosesini davam etdirmək və münasibətlərə yeni təkan vermək istəyi vurğulanıb. Tərəflər regional məsələləri də müzakirə ediblər.
Baş nazir Paşinyan prezident Ərdoğana Ermənistan-Azərbaycan nizamlanması prosesinin hazırkı vəziyyəti, münasibətlərin nizamlanmasına dair sazişi imzalamağa hazır olması, həmçinin ER hökumətinin “Sülh kəsişməsi” təşəbbüsü barədə məlumat verib.