24 sentyabr 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə görüşüb.
Görüş zamanı Azərbaycan və İran arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, qarşılıqlı maraq doğuran layihələrin aşkar edilməsi işində Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesinə də toxunulub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.