Sentyabrın 24-də BMT Baş Assambleyası çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Berbok ilə görüşüb.
Tərəflər qarşılıqılı maraq doğuran geniş spektrli məsələləri - ikitərəfli gündəm, ER-Aİ tərəfdaşlığının dərinləşdirilməsi, regional mövzuları müzakirə ediblər.
“Biz Almaniyanın Ermənistanda demokratik islahatların davamlı olaraq effektiv həyata keçirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndiririk və bu, əlbəttə ki, Ermənistanı Avropa İttifaqına yaxınlaşdırır, biz əməkdaşlığın yeni perspektivlərini araşdırırıq”, - XİN naziri bildirib.
Ermənistan və Almaniyanın xarici işlər nazirləri regional inkişaflara da toxunub. Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son inkişaflarla bağlı fikir mübadiləsi aparılıb. Ararat Mirzoyan vurğulayıb ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var, bunun reallaşması üçün Ermənistanın açıq şəkildə göstədiyi güclü siyasi iradə lazımdır.