Sentyabrın 24-də ER xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Görüş zamanı Ermənistan və BMT-nin İnsan Hüquqları üzrə Al Ali Komissarı Aparatı arasında davamlı qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Bölgədə sabit sülhün bərqərar olması yolunda Komissarlığın insan hüquqlarının müdafiəsində iştirakının vacibliyi vurğulanıb.
Ermənistan Respublikası hökumətinin Dağlıq Qarabağdan məcburi köçkün edilmiş erməni əhalisinin ehtiyaclarının həlli istiqamətində atdığı addımlara, eləcə də bu məqsədlə beynəlxalq tərəfdaşlarla qurulan əməkdaşlığa istinad edilib.
Ararat Mirzoyan Ermənistan Respublikasının regionda davamlı sülh və sabitliyin bərqərar edilməsinə dair baxışını, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini, eləcə də Ermənistan Respublikasının əsas məsələlərə yanaşmalarını bir daha təsdiqləyib.