Sentyabrın 25-də ER müdafiə naziri Suren Papikyan Ermənistan Respublikasına rəsmi səfərə gəlmiş Kiprin müdafiə naziri Vasilis Palması qəbul edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin inzibati kompleksində Vasilis Palmasın qarşılanma mərasimi olub. Ermənistanın və Kiprin dövlət himnləri səsləndirilib.