İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.
Pezeşkian qeyd edib ki, ölkənin yeni hökuməti qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Pezeşkian İsrailin hərəkətlərini pisləyib və qeyd edib ki, Təl-Əviv Tehranı müharibəyə cəlb etməyə çalışır.
Mişel, öz növbəsində qeyd etib ki, Avropan müxtəlif məsələlərə ümumi həll yolları tapmaq üçün əməkdaşlığa və dialoqa hər zaman hazırdır.