BMT Baş Assambleyasında iştirak etmək məqsədilə Nyu-Yorka səfər edən İran prezidenti Məsud Pezeşkian “Con Kennedi” hava limanına eniş etdikdən sonra jurnalistlərə müsahibəsində deyib:
“Biz İranın adından sülh və təhlükəsizlik mesajını gətirmişik və BMT-nin builki sülh və bütün insanlar üçün təhlükəsizlik və inkişafla şüarını həyata keçirməyə çalışırıq. Biz bu mesajın daşıyıcısı olaraq, qan tökülməsi, müharibə və qətllərin əvəzinə, rəngindən, irqindən, etnik mənsubiyyətindən və yaşadığı bölgədən asılı olmayaraq bütün insanların rahat yaşaya biləcəyi bir dünya yaratmalıyıq”.
Məsud Pezeşkian təəssüflə bildirib ki, bu gün dünya belə deyil və ikili standartlara görə bəziləri yaxşı, bəziləri isə pis sayılır. Onun sözlərinə görə, bunların nəticəsində bir çox problemlər yaranır.