Sentyabrın 23-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Norveçin xarici işlər naziri Espen Bart Ayde ilə görüşüb.
Bu barədə məlumatı ER XİN yayıb.
Hər iki tərəf Ermənistan və Norveç arasında inkişaf edən siyasi dialoqun fəal dinamikası məmnunluqla qeyd edib. Demokratik prinsiplərə əsaslanan əməkdaşlığın təşviqinə, müxtəlif formatlarda qarşılıqlı fəaliyyət üçün yeni imkanlara da toxunulub.
Ararat Mirzoyan və Espen Bart Ayd ER-Aİ tərəfdaşlığının dərinləşdirilməsi prosesini müzakirə ediblər. Tərəflər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Mirzoyan Cənubi Qafqazda sabitliyin bərqərar olması, Azərbaycan tərəfindən xüsusilə də, sülh müqaviləsi imzalanması yolunda süni maneələr yaratmamasının vacibliyini vurğulayıb.
Regional iqtisadi və nəqliyyat yolların blokadadan çıxarılması məsələsinə də toxunulub.