Kanada Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsinin bağlanmasına yönəlmiş mənalı danışıqlara çağırır və bunu dəstəkləməyə davam edir.
Bunu Kanadanın xarici işlər naziri Melani Coli Azərbaycanın Dağlıq Qarabağa qarşı başladığı hərbi əməliyyatların ildönümü münasibətilə müraciətində bildirib.
Nazir vurğulayıb ki, Kanada region xalqları üçün ədalətli və davamlı sülh naminə tərəflər arasında dialoqun və etimad tədbirlərinin davam etdirilməsini dəstəkləyir.
Nazir qeyd esib ki, Kanada 2020-ci il müharibəsi zamanı əsir düşən bütün ermənilərin qeyd-şərtsiz azad edilməsinə dəfələrlə çağırış edib. O bildirib ki, Azərbaycan tərəfindən həbs edilən bütün etnik ermənilərin azad edilməsinə çağırışlarını davam edirlər.
“Kanada Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə həllini və gücdən istifadə etməmək prinsipini, eləcə də ərazi bütövlüyünə, xalqların öz müqəddəratını təyinetmə hüququna hörməti dəstəkləyir. Bu, erməni sakinlərinin təhlükəsiz və ləyaqətli qayıtmaq hüququnu, insan hüquqlarının qorunmasına təminatları və ərazidə erməni mədəni-tarixi irsinin qorunmasını nəzərdə tutmalıdır”.