Sentyabrın 23-də "Azərbaycanda siyasi məhbusların azadlığı naminə" İttifaq siyasi məhbusların yeni siyahısını elan edib. Bu siyahıya 319 nəfərin adı daxil edilib.
Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib.
Həsənovun Turan-a verdiyi məlumata görə, əvvəlki siyahı dərc edildikdən sonra ona "dindarlar" kateqoriyasından iki nəfərin - Alik Aslanov və Elşən Abbasovun adı salınıb.
Bununla yanaşı, siyahıya 18 yeni siyasi məhbus əlavə olunub.
Həsənovun sözlərinə görə, siyahıdakı 319 siyasi məhbus 10 qrupa təsnif edilib: "Milli azlıqlar", "Müharibə əleyhinə fəallar", "Jurnalistlər və blogerlər", "Hüquq müdafiəçiləri", "Müxalif partiya və ictimai təşkilatların üzvləri", "Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər", ""Tərtər işi" ilə əlaqədar həbs edilənlər", ""Gəncə işi" ilə əlaqədar həbs edilənlər", "Ömürlük məhbuslar", "Dindarlar".
Ən çoxsaylı qrup "Dindarlar" qrupu olaraq qalır, burada artıq 227 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu inkar edir.