ER Parlamentinin sədri Alen Simonyan sentyabrın 23-də Misir Ərəb Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Serenad Qamili qəbul edib. Səfiri salamlayan ER Parlamentinin sədri Ermənistan və Misirin qanunvericilik orqanları arasında səmərəli əməkdaşlığı və əlaqələrin dərinləşməsini vurğulayıb. Alen Simonyan Misirdəki erməni icmasının iki ölkə və xalqlar arasında dostluq körpüsü rolunu da vurğulayıb.
Səfir də öz növbəsində səmimi qəbula görə ER Parlamentinin sədrinə təşəkkür edib və Ermənistanla Misir arasında çoxəsrlik dostluq və yüksək səviyyəli münasibətlərin davamlılığının vacibliyini vurğulayıb.
Həmsöhbətlər həmçinin regional prosesləri, Ermənistan-Azərbaycan sülh gündəmini və ikitərəfli maraq doğuran digər məsələləri müzakirə ediblər.